AZ

G7 ölkələri 2035-ci ilə qədər daş kömürdən imtina edəcək

G7 ölkələri 2035-ci ilə qədər daş kömürdən imtina etməyi planlaşdırır.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, G7-nin enerji nazirləri elektrik enerjisi istehsalında kömürdən istifadəni mərhələli şəkildə dayandırmaq üçün ümumi tarix barədə prinsipial razılığa gəliblər.

 

Bunu İtaliyanın energetika naziri Gilberto Piçetto-Fratin deyib. Yekun saziş bu gün imzalanmalıdır. Bu il G7-yə sədrlik edən İtaliya 2025-ci ilə qədər Sardiniya adasındakılar istisna olmaqla, bütün kömür elektrik stansiyalarını bağlamağı hədəfləyir.

 

Reuters"in daha əvvəl xəbər verdiyi kimi, Almaniya İtaliyanın kömürün mərhələli şəkildə dayandırılması üçün son tarix təyin etmək səylərinə müqavimət göstərib. Bu gün kömür Almaniyada elektrik enerjisi istehsalı üçün ikinci ən vacib enerji mənbəyidir. Ölkənin elektrik enerjisinin 26%-i kömürlə işləyən elektrik stansiyalarından əldə edilir.

 

Köhnə plana əsasən Almaniya 2038-ci ilə qədər kömürdən imtina etməyi planlaşdırırdı. Daha sonra Şimali Reyn-Vestfaliya federal əyalətinin 2030-cu ilə qədər bunu edə biləcəyi barədə məlumatlar yayıldı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla