AZ

Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...

Braziliyanın San-Paulu şəhərindən olan 23 yaşlı Klaudiya de Albukerke Salda korlanmış konserv şorbası(sup) yedikdən sonra tamamilə iflic vəziyyətdə qalıb. 
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə Braziliyanın "UOL" xəbər agentliyinə onun yaxınları məlumat çatdırıb. 
 
Həkimlər onun nədən əziyyət çəkdiyini başa düşməzdən əvvəl iki həftə bu barədə çaşıb qalıblar. İndi Klaudiya həyatı üçün mübarizə aparır.
 
Lyuis Albuqurqye deyib ki, bacısı iş üçün ötən ilin noyabrında Braziliyadan Koloradoya köçüb. Martın əvvəlində qız botulizmə yoluxub. Aydın olub ki, Klaudiya o korlanmış şorbanı aldıqdan təxminən iki həftə sonra botulizm səbəbiylə Koloradoda xəstəxanaya yerləşdirilib.
 
"Bir gün Klaudiya özünü yaxşı hiss etmədiyi üçün işdən tez çıxdı. Duş qəbul etdi, şam yeməyi yedi və yatdı. Bir müddət sonra nəfəs darlığı, başgicəllənmə başladı. Görmə qabiliyyəti bulanıqlaşdı. O, dostlarına onun vəziyyətini yoxlamaq üçün mesaj göndərdi, lakin onlar yalnız səhər saatlarında gəldilər. O, həqiqətən də çətin nəfəs alırdı və üzü iflic idi", -qadının bacısı belə deyib.    
 
O vaxtdan bəri qohumlar təxminən 200.000 dollara başa gəldiyi təxmin edilən müalicəni maliyyələşdirmək üçün kraudfandinq kampaniyasına başlayıblar. Klaudiyanın təxminən 6 ay davam edəcək reabilitasiya prosesinə başlaması gözlənilir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla