AZ

Husilər: Hind okeanında 1 İsrail gəmisini hədəf aldıq

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə 2 ABŞ və Hind okeanında 1 İsrail gəmisini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldıqlarını açıqlayıb.
 
AZEBER.COM xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri televiziya kanalına verdiyi açıqlamada Qırmızı dənizdə 2 ABŞ esminesini İHA-larla hədəfə aldıqlarını və məqsədlərinə çatdıqlarını bildirib.
 
Seri, bu gəminin aprelin 21-də Eylat limanına getdikdən sonra hədəf alındığını və gəmilərin işğal olunmuş Fələstin limanlarına (İsrail) keçməsinə qoyulan qadağanı pozduğunu bildirib.
 
Yəhya Seri həmçinin bildirib ki, İsrailə məxsus MSC ORION gəmisi Hind okeanında bir çox İHA-nın hədəfinə çevrilib.
 
Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla