AZ

"Ölüxana"da UCUZLUQDUR: "Təmir etsən, çox getmir" - VİDEO

"Ölüxana"da UCUZLUQDUR: "Təmir etsən, çox getmir" - VİDEO

Avtomobillərin hansısa detalı xarab olanda sürücülər yeni detallar satılan mağazalarda tapa bilmirlərsə "maşın ölüxana"larına üz tuturlar. Bu öluxanalarda əsasən köhnə maşınlar üçün istənilən detalı tapmaq mümkündür. Həm də burada olan detallar yeniləri ilə nisbətdə iki dəfə ucuzdur.

"Maşında əsas olan akkumulyatordur. Məhv olursa, təmir etsəndə uzunmüddətli olmur. Digər tərəfdən əsas dəyişilməli olan isə yağ nasosudur".

Bazarda yeni, amma keyfiyyətsiz detallarada rast gəlinir. Avtomobil sahiblərinin ehtiyat hissələri alarkən maşın öluxanalarına üz tutmasına səbəblərdən biri də budur. Onlar köhnə olsa da, sınanmış və işlək olduğundan həmin detalları seçirlər.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı ekspert Aslan Əsədov Apa TV-yə açıqlama verib:

"İşlənmiş avtomobillərin ehtiyat hissələri sınanmış detallara aid etmək olur. Yəni hansısa əhəmiyyətli detalı nəzərə alanda, sürücülər bunun keyfiyyəti olduğunu əsaslandırırlar. Əgər detal çalışırsa, o zaman bu işləyən detaldır".

Ətraflı Apa TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla