AZ

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Azərbaycan

Bakı, 20 aprel, AZƏRTAC

"Qazandığım medala görə çox xoşbəxtəm. Bu, Azərbaycan üçün tarixi məqamdır".

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanan Azərbaycan gimnastı Nikita Simonov jurnalistlərə açıqlamasında deyib.

O, yarışın kifayət qədər çətin keçdiyini bildirib: "Aprelin 20-də Qətərin paytaxtı Dohada keçirilən yarışdan sonra Avropa çempionatına hazırlaşdıq. Düzdür, çətin olsa da, biz bu cür situasiyalara öyrəşmişik".

Tarixi nəticə qazanan gimnast bundan sonra iştirak edəcəyi yarışlarda daha böyük uğurlar qazanmaq üçün əlindən gələni edəcəyini söyləyib.

N. Simonov bu nəticə ilə Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla