AZ

Azərbaycan çempionatında antirekord təkrarlandı

Azərbaycan Premyer Liqasının 32-ci turu qol baxımından kasad olub.

Futbolinfo.az saytı xəbər verir ki, baş tutan 5 matçda qapılara ümumilikdə 8 qol vurulub. Bu isə 2023-24 mövsümünün antirekordunun təkrarlanması ilə nəticələnib.

Turun ən məhsuldar oyunu “Neftçi” ilə “Turan Tovuz” arasında olub. “Neftçi Arena”dakı qarşılaşmada ev sahibləri 3 cavabsız qolla qalib gəlib. “Sabah” – “Səbail” (2:0) görüşündə iki, “Qəbələ” – “Kəpəz”, “Zirə” – “Araz-Naxçıvan” (hər ikisi 0:1) və “Sumqayıt” – “Qarabağ” (1:0) qarşılaşmalarının hərəsində bir qol vurulub.

Buna qədər ən az top 19-cu turda qeydə alınmışdı. Həmin vaxt da komandalar 8 dəfə mərkəzə dəvət olunmuşdular. Mövsümün ən məhsuldar turları isə 10 və 16-cı turlardır. Hər iki halda 5 qarşılaşmada 19 qol qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla