AZ

180 uşağa ata olmaq üçün şəxsi həyatını necə qurban verib?

İngiltərədə sperma donoru 180 uşaq atası etdiyi fədakarlıqlar barədə açıqlamalar verib.

 

Sfera.az bildirir ki, jurnalistlərdən soyadını açıqlamamağı xahiş edən Co 180 uşağa ata olmaq üçün şəxsi həyatını necə qurban verdiyindən danışıb. 

 

Co sperma bağışlamağın az gəlir gətirməsindən şikayətlənir, ona görə də o, hətta lazımi əşyaları belə endirimlə alır. Bundan əlavə, sperma donorluğu uzun bir müddət tələb edir ki, bu da kişinin standart cədvəl üzrə işləməsinə mane olur.

 

Kişi 13 ildir ki, müxtəlif üsullardan, o cümlədən təbii, qismən və süni mayalanmadan istifadə edərək sperma bağışlayır. O, iddia edir ki, bu iş sahəsi ona müntəzəm işlə məşğul olmağa və ya şəxsi münasibətləri davam etdirməyə mane olub. O, həmişə müştərilərinin qəfil mayalanmasına hazır olmalıdır ki, bu da şəxsi həyatında ciddi münasibətə az vaxt saxlayır.

 

“Əminəm ki, mənim haqqımda oxuyanların çoxu mənim həyatımın böyük bir realiti şou olduğunu düşünür. Sosial şəbəkələrdə insanların sadəcə cinsi əlaqədə olmaq üçün ianə verdiyimi söyləməsi məni xüsusilə incidir” - deyə “dünyanın ən məhsuldar atası” media işçilərinə gileylənib.


Co izah edib ki, onun səyləri o qədər də böyük gəlir gətirmir və hətta “sarı stikerlər”lə (endirimli mallar – red.) əsas tələbatlarını almağa məcburdur. Bundan əlavə, sperma donorluğu uzun müddət tələb edir, ona görə də Co adi bir qrafiklə işləyə bilmir. Lakin maddi çətinliklərə baxmayaraq, donor sevdiyi həyatı yaşadığı üçün özünü xoşbəxt hiss edir.

 

"Pul olmadan zəngin olmağın bir çox yolu var - mən dünyanı gəzmək təcrübələrim baxımından daha zənginəm. Həm də hamilə qalan qadınlar və onların ailələrinin həyatında mühüm rol oynadığım üçün özümü daha zəngin hiss edirəm, nəinki 9-dan 9-a 5 gün ofisdə işləməklə”- deyə Co bildirib.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla