AZ

ABŞ-ın İraqdan neft idxalı artıb

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) хеэтhəftə sonu açıqladığı məlumatlara görə, Birləşmiş Ştatların İraqdan neft idxalı artıb.

EIA-nın həftəlik neft vəziyyəti hesabatı göstərib ki, doqquz əsas təchizatçıdan ABŞ-ın xam neft idxalı keçən həftə orta hesabla gündəlik 5,548 milyon barel (bpd) təşkil edib ki, bu da bir həftə əvvəlki göstəricidən 750 min barel yüksəkdir.

İraqın ABŞ-a neft ixracı keçən həftə orta hesabla sutkada 309000 barel olub ki, bu da əvvəlki həftənin gündəlik hasilat göstəricisi olan 308000 bareldən 100000 barel çoxdur.

EIA bildirib ki, hazırda Kanada orta hesabla 3,458 milyon barellə ABŞ-ın ən böyük neft tədarükçüsü olaraq qalır. Braziliya orta hesabla 492000 barellə ABŞ-ın ikinci ən böyük tədarükçüsü olub.

Birləşmiş Ştatlar son bir həftə ərzində Meksikadan orta hesabla 351000 barel, Kolumbiyadan 215000 barel, Nigeriyadan 136000 barel, Ekvadordan 124000 və Liviyadan 100000 barel neft idxal etmişdir.

EIA həftəlik hesabatında Rusiyadan hər hansı neft idxalı barədə məlumat verməyib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla