AZ

Bakıda avtomobil işıqfor dirəyinə çırpılıb: Xəsarət alan var - FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xəqani Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində qeyd alınıb.

Hadisədə “Daewoo” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində kəsişmədə olan bir işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

Yol-nəqliyyat hadisəsində bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla