AZ

Avtomobillər toqquşdu, azyaşlı qardaş-bacı ağır yaralandı

Bakının Xəzər rayonunda azyaşlı bacı və qardaşın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü T. Axundov və onun bacısı 2018-ci il təvəllüdlü S.Axundova xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
84
7
Mənbələr
Şərh ()
Bağla