AZ

“Entoni Blinkenin İlham Əliyevə zəng vurması gözlənilən idi”- VİDEO

“Entoni Blinkenin İlham Əliyevə zəng vurması gözlənilən idi. ABŞ hər zaman bildirir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması çalışır. Azərbaycanın və Ermənistanın birbaşa görüşləri öz nəticəsini verir və daha yaxşı anlaşa bilirlər.”- bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, Qərb və ABŞ Azərbaycan və Ermənistanın yaxınlaşmasına öz münasibətini bildirməli idi.

“Bu günə qədər Fransa Azərbaycan və Ermənistanın yaxınlaşmasına münasibət bildirməyib. Deməli Fransa bu yaxınlaşmaya razı deyil”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

Seçilən
121
2
Mənbələr
Şərh ()
Bağla