AZ

Nijni Novqorod Dumasının rəhbəri Lavriçev “DXR”də saxlanılıb...

...Rusiya qoşunlarının nəzarətində olan qondarma “Donetsk Xalq Respublikası”nın ərazisində Nijni Novqorod Şəhər Dumasının sədri Oleq Lavriçev saxlanılıb.

...Lavriçevin hansı xidmətlər tərəfindən saxlanıldığı məlum deyil, lakin onun “mütəşəkkil bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda mənimsəmə”də şübhəli bilindiyi bildirilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu ittihamla məmuru 10 ilə qədər həbs cəzası gözləyə bilər.

Nijni Novqorod Dumasının mətbuat xidməti sədrlərinin saxlanması ilə bağlı heç nə bilmədiklərini bəyan edərək, Lavriçevlə heç bir əlaqənin olmadığını bildiriblər.

Qeyd edək ki, Oleq Lavriçev Vahid Rusiya Partiyasının üzvüdür. Rusiya ordusu tərəfindən Ukraynaya genişmiqyaslı müdaxilənin başlaması ilə o, müharibəni fəal şəkildə dəstəkləyir.

...Lavriçev həbsi ərəfəsində teleqram kanalında Donetskdə olduğunu və növbəti “humanitar konvoyun” gəlməsini gözlədiyini yazıb.

Nazlı

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla

Reytinq