AZ

“Ağ Ev Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoymaq istəyir” – “Bloomberg”


“ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa tətbiq etməyi düşünür”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hazırda Ağ Evin Milli Təhlükəsizlik Şurasının, Energetika Departamentinin və digər müvafiq idarələrin nümayəndələri bu məsələ üzərində işləyirlər.
Nəşr xatırladır ki, ötən ilin dekabrında ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyadan aşağı zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini qəbul edib, lakin bu, Senat tərəfindən təsdiqlənməyib.
ABŞ son illərdə nüvə reaktorlarını gücləndirmək üçün Rusiya yanacağını yüksək səviyyədə aşağı zənginləşdirilmiş uranla əvəz etməyə çalışır. Bu il aprelin 19-da ABŞ Prezidenti Co Bayden ölkəsinin ilk 90 kq zənginləşdirilmiş uranı istehsal etdiyini bəyan edib. Amerika liderinin sözlərinə görə, 2024-cü ilin sonuna qədər Vaşinqton Amerika nüvə reaktorları üçün bir tona yaxın yanacaq zənginləşdirməyi gözləyir.
Qeyd edək ki, fevral ayında ABŞ Ticarət Departamenti 2023-cü ildə Rusiyadan uran və digər radioaktiv elementlərin satınalmalarının on ildən artıq bir müddətdən çox olduğunu bildirib. Bu məlumatlara görə, Rusiya ABŞ-yə 1,2 milyard dollardan çox uran satıb ki, bu da 2009-cu ildən bəri rekorddur.
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla