AZ

Yenə də “xarici agentlər haqqında” qanuna görə dava düşdü...

...Gürcüstan parlamentinin üzvü Xatia Dekanoidze hüquq komitəsinin iclasında xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı hökumətyönlü deputat Quram Maçaraşvilini plastik su qabı ilə vurub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Gürcüstanın Birinci Kanalı xəbər verir.

Kanalın qeyd etdiyi kimi, Dekanoidze ilə parlament çoxluğunun üzvü Quram Maçaraşvili arasında söz davası baş verib.

Komitənin sədri Anri Oxanaşvili mikrofon söndürüldükdən sonra çıxışını davam etdirdiyi üçün Dekanoidze reqlamenti pozduğuna görə onu zaldan çıxarıb.

Dekanoidze parlament çoxluğunun üzvlərini “rus” adlandırıb. Maçaraşvili isə cavab olaraq bildirib ki, o, Gürcüstan vətəndaşlığını Ukraynadakı vəzifəyə dəyişib.

Xatırladaq ki, 2015-2016-cı illərdə Dekanoidze bu ölkənin Milli Polisinə rəhbərlik edib.

Şifahi mübahisə zamanı Dekanoidze Maçaraşvilini plastik su qabı vurub, sonra isə onu həmkarının üstünə atıb.

Onu da qeyd edək ki, Dekanoidze “Avrooptimistlər” blokunun nümayəndəsidir, parlamentin saytındakı məlumatlara görə, başqa bir deputat Roman Qotsiridze də həmən bloku təmsil edir.

Yeri gəlmişkən, Gürcüstan parlamentində 139 deputat var. ...Və bildirək ki, Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinə artıq bir neçə aydır ki, baxılır.

Onu da xatırladaq ki, keçən il kütləvi etirazlar fonunda bu layihə... baxılmaqdan müzakirədən çıxarılmışdı.

Ağasəf Babayev

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla