AZ

Cəlalın komandası qələbəni əldən verdi - Video

style='margin-bottom:10px;'>

Bolqarıstan çempionatında 31-ci turun oyunları keçirilib. 

QOL.az xəbər verir ki, Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan Azərbaycanın U-21 millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi “Arda” səfərdə “ÇSKA 1948 Sofia”nın qonağı olub. 

Cəlal Hüseynov meydana start heyətdə çıxıb və sona qədər oynayıb. 

Görüş 1:1 hesabı ilə yekunlaşıb. “Arda” Çinonso Offorun qolu ilə fasiləyə üstün yollansa da, ikinci hissədə qələbəni əldən verib. 

Bu nəticədən sonra Cəlalın komandası 40 xalla Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan 4 kollektiv arasında üçüncüdür. “ÇSKA 1948 Sofia” və “Botev” 44 xalla ilk iki yeri bölüşdürürlər. 

 

 

Seçilən
117
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq