AZ

Qazaxıstanda Saltanat işinə dəstək nümayişləri keçirməyə İCAZƏ VERİLMİR

Qazaxıstanda hüquq müdafiəçilərinə Saltanat işinə dəstək nümayişləri keçirməyə icazə verilmir.

İnterpress.az xəbər verir ki, bu barədə Orda.kz qadın hüquqlarını müdafiə edən fəala istinadən yazır. Belə rezonans doğuran mövzuda tədbiri təsdiqləməkdən imtina etdikləri bildirilir.

Almatı hüquq müdafiəçilərinə növbəti dəfə Saltanat Nukenovanın işinə dəstək üçün dinc nümayişdən imtina edilib. Saltanat əri, Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayev tərəfindən öldürülüb.

“Mən başa düşə bilmirəm ki, niyə müxtəlif ölkələrdə kədər etirazları və Saltanat işinə dəstək olur, lakin Qazaxıstan vətəndaşları öz narahatlığını ifadə edə bilmirlər. Dostlarıma artıq Almatı amirliyindən bir neçə dəfə rədd cavabı gəlib”, – deyə fəal əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq