AZ

Türkiyə XİN Fransa Milli Assambleyasının qətnaməsini pisləyib

Bakı. Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqındaqətnaməsində Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayanittihamlar irəli sürməsi ilə bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, Türkiyə XİN bəyanatında Fransa MilliAssambleyasının qəbul etdiyi qətnamənin əsassız olduğunuvurğulayıb.

Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatının qəbuletdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. Hakim partiyanındeputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamlarınassambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminətarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixişərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

Bu qətnamə həm də BMT Baş Assambleyasının soyqırımı cinayətininyalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyininəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısınınalınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.

Məqalədə:
Seçilən
16
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq