AZ

İsrail Qahirəyə dəvət edildi

Qətər mətbuatının məlumatına görə, Misirin paytaxtı Qahirədə əsir mübadiləsi danışıqları davam edir.

News24.az xəbər verir ki, bu çərçivədə Misirin Qəzzada israilli məhbusların azad edilməsi üçün keçirilməsi gözlənilən danışıqlara İsrail danışıqlar qrupunu dəvət etdiyi bildirilib. Danışıqlarda Həmas rəsmilərinin də iştirakı gözlənilir.

Qeyd edək ki, İsrail nümayəndə heyətinə dəvət prosesi sürətləndirmək və Qahirəyə səfər edəcək Həmas heyətinin təkliflərini dəyərləndirmək məqsədi daşıyır.

"Dəvət olunan İsrail nümayəndə heyətinə qərar qəbul etmədən və ya rəsmi mövqe bildirmədən HƏMAS-ın tələblərinə cavab vermək səlahiyyətinin veriləcəyi gözlənilir", - Misirli mənbə bildirib.

Onu da bildirək ki, Misirin xarici işlər naziri Semih Şükri daha sonra verdiyi açıqlamada İsrail-Həmas ilə yeni atəşkəsə ümid bəslədiklərini bildirib.

Günel Məlikzadə


Seçilən
55
Mənbələr
Şərh ()
Bağla