AZ

Bombalı hücum hazırlayan İŞİD üzvü tutuldu

Terror təşkilatı İŞİD-ə qarşı keçirilən "Bozdoğan-32" əməliyyatında 8 şübhəli saxlanılıb.

News24.az xəbər verir ki, Türkiyə Daxili İşlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi məlumata görə, polis qruplarının İstanbulda apardığı araşdırmalar nəticəsində K.A-nın bombalı hücum hazırladığı və partlayış olub-olmadığını sınaqdan keçirdiyi müəyyən edilib. 

Müsadirə edilən və bomba istehsalında istifadə olunacağı təsbit edilən kimyəvi maddələrin genişmiqyaslı partlayışlara səbəb ola biləcəyi aydın olub.

Silahlı terror təşkilatı İŞİD-ə bağlı olduğu və bomba istehsalı məlumatı olduğu müəyyən edilən K.A. ilə eyni iş yerində qalan M.H İstanbulun Beykoz rayonunda yaxalanıb.

Əməliyyatlar nəticəsində bomba istehsalında istifadə edilən çoxlu sayda material ələ keçirilib.

Tutulan şübhəlilərlə əlaqəsi olduğu təsbit edilən A.A, İ.İ, Y.A, A.B, İ.B. və Ö.K saxlanılıb.

Günel Məlikzadə


Seçilən
72
Mənbələr
Şərh ()
Bağla