AZ

Siz “Neftçi”dəki bu qızların məharətinə baxın! - VİDEO

“Neftçi”ylə “Turan Tovuz” arasında baş tutan oyunda (3:0) tribunalarda möhtəşəm görüntülər yaşandı.

“Forza Neftçi”nin yenidən stadiona qayıtması, Tovuzdan 200-ə yaxın azarkeşin Bakıya gəlməsi oyuna əlavə rəng qatmışdı.

Qonaq fanatların arasında 10-a yaxın gənc qız da yer almışdı ki, onların 70 dəqiqə boyunca “Turan Tovuz”a dəstək verməsi əksəriyyətin diqqətini çəkdi.

Xanımlar kişi fanatlar kimi bəzən oturur, bəzən də ayaqüstə şüarlar səsləndirməklə bölgə təmsilçisini qələbəyə səsləyirdi.

Matçın sonlarına yaxın tovuzlu azarkeşlərin baş hakim Rəvan Həmzəzadəni qrup halında təhqir etməsi, epizodun davamında bir neçə azarkeşin polis şöbəsinə aparılması və fanatların əksəriyyətinin tribunanı tərk etməsi xanımların yoxa çıxması ilə nəticələndi.

Son 10 dəqiqədə qızlar tribunanı tərk etmişdilər. Ümid edək ki, ən qısa zamanda digər bölgə təmsilçilərinin matçları zamanı stadionlarda zərif cinsin futbol sevdalılarına rast gələcəyik.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla