AZ

Ukraynadan etiraf: “Ruslar zəifliyimizdən istifadə edib irəliləyirlər”

Rusiya qüvvələri Donetsk vilayətinin Oçeretnı kəndi yaxınlığında möhkəmlənmək üçün böyük resurslar sərf edir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavlo Narojnı deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu rusların böyük qüvvə ilə hücuma keçməsindən sonra geri çəkilib.

“Düşmən bu istiqamətdə müdafiəni yarıb orada möhkəm dayana bilir”, - Narojnı qeyd edib.

Ekspertin fikrincə, Rusiya ordusunun cəbhənin müəyyən ərazilərində, ilk növbədə, Donetskdə strateji irəliləyişləri olacaq. Ukrayna ABŞ-dən hərbi yardım alana qədər Rusiya öz üstünlüyündən istifadə etməyə çalışır.

“Çasiv Yara (Donetskin şəhəri) təzyiqlər davam edir, burada düşməni məğlub etmək daha çətindir. Çasiv Yar dominant yüksəklikdir, güclü istehkamlar var. Müdafiəni hiss edirlər və zəif hiss etdikləri yerdən təzyiq edirlər”, - Oçeretnı vurğulayıb.

Ekspert Rusiya qoşunlarının Ukraynanın zəifliyindən istifadə edərək irəlilədiyini də sözlərinə əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla