AZ

Meta Türkiyədə cərimləndi

 Threads sosial şəbəkəsi aprelin 29-dan Türkiyədə fəaliyyətini dayandırıb.

Bu barədə "RİA Novosti” sosial şəbəkənin aprelin 15-də Türkiyədə fəaliyyətini dayandırması barədə istifadəçilərinə məlumat verdiyini açıqlayıb.

 Mənbənin məlumatına görə, sosial şəbəkə bunu Türkiyənin antiinhisar tənzimləyici orqanının qərarı ilə izah edib. Qeyd edilib ki, istifadəçilərin profilləri deaktiv ediləcək, lakin onlar istənilən vaxt məlumatları yükləyib profillərini silə bilərlər.


Meta rəhbərliyi Threads fəaliyyətini bərpa etsə, istifadəçi mesajlarının yenidən əlçatan olacağına aydınlıq gətirib.

Türkiyənin Rəqabət Şurası martın 18-də tənzimləyici orqanın Instagram və Threads sosial media profillərinin birləşməsinin şirkətin reklam bazarındakı dominant mövqeyindən sui-istifadə etməsinə səbəb olduğunu müəyyən etdikdən sonra müvəqqəti məhdudlaşdırıcı tədbirlər görüb və Meta-ya qarşı cərimə kəsib.
 
Gülnar

www.anews.az
Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq