AZ

Korlanmış kabab şizofreniyaya səbəb ola bilər...

...Əgər ət zəhərlənməsinə Toxoplasma gondii bakteriyası səbəb olarsa, bu halda bir neçə ildən sonra insan yaddaş və zehni qabiliyyətlərdə problemlər yaşaya bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Daily Mail” çex alimlərinin araşdırmasına istinadənyazıb.

Bu mikroorqanizmlər ən çox insan orqanizminə korlanmış donuz və quzu əti vasitəsilə daxil olur. Zərərli toksoplazma uzun müddət orada qala bilər, həmçinin idrak pozğunluğu və ya şizofreniyanın inkişafına səbəb ola bilər.

...Karlovo Universitetinin alimləri araşdırma apardıqdan sonra bu qənaətə gəliblər. Onlar toksoplazmoz olanların koqnitiv funksiyalarını öyrəniblər.

Nəticələrə görə, xəstə olanlar xüsusi nevroloji testin sualları üzərində daha çox düşünüblər. Elm adamları xəstəlikdən sonra zəkanın və ya yaddaşın zədələnə biləcəyi qənaətinə gəliblər.

Nazlı

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq