AZ

MY-nin maraq dairəsində iki futbolçu var

“Kristal Pelas”ın yarımmüdafiəçisi Maykl Olise karyerasını başqa klubda davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı fransalının xidmətində onu yay “transfer pəncərəsi”ndə almağı planlaşdıran “Mançester Yunayted” maraqlıdı. Olise premyer-liqanın cari mövsümündə keçirdiyi 15 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə verib. “Bayer-04”ün yarımmüdafiəçisi Ceremi Frimponq da karyerasını İngiltərədə davam etdirə bilər. 23 yaşlı niderlandlıya da MY iddialıdı. Mankunianların skautları son bir neçə həftədə onun oyununu izləyib.

Frimponq cari mövsümdə keçirdiyi 40 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə verib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq