AZ

75 yaşlı Jerar Depardye həbs edildi

75 yaşlı fransız aktyor Jerar Depardye cinsi təcavüz iddiası ilə nəzarətə götürülüb. 

 

Sfera.az xəbər verir ki, fransız aktyor Jerar Depardye film çəkilişləri zamanı iki qadına cinsi təcavüzdə ittiham olunaraq Paris polis idarəsində saxlanılıb. Qeyd edək ki, dəfələrlə cinsi təcavüzdə ittiham olunan məşhur aktyor bu dəfə eyni anda iki ittihamla üzləşin.

 

"Cənab Depardye bu gün Paris polis idarəsinə çağırılıb və hazırda həbsdədir. O, 2014 və 2021-ci illərdə baş vermiş iki iddia edilən cinsi təcavüzlə bağlı dindirilir"- deyə hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.

 

Yerli Fransız mediasına görə, təqib epizodları çox güman ki, “Les Volets Verts” (Yaşıl Panjurlar) və “Le Magician et les Siamois” (Sehrbaz və Siam) filmlərinin çəkilişləri zamanı baş verib.

   
“Yaşıl Kart” və “Sonuncu Metro” kimi filmlərdə rol alan Depardye özü isə ona qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir.

 

Qeyd edək ki, 2018-ci ildə aktrisa Şarlotta Arnoldun ittihamlarından sonra 2020-ci ilin dekabrında aktyora qarşı zorlama və cinsi zorakılıq maddəsi ilə istintaq başladılıb. Daha sonra isə “Oskar” mükafatına namizəd olan aktyor dəfələrlə bu cür hərəkətlərdə ittiham olunub.

 

2022-ci ildə Fransanın xəbər saytları Depardyenin 13 gənc qadını təqib etməkdə, cinsi qısnama və ya təcavüzdə ittiham olunduğunu bildirib. Dekabr ayında “France 2” kanalında yayımlanan “Depardye: Adamyeyənin süqutu” sənədli filmində aktyora qarşı 16 ittihamçının olduğu iddia edilib.

 

Aysel

Sfera.az

Seçilən
118
1
Mənbələr
Şərh ()
Bağla