AZ

Ürək xəstəliyi riskinizi öyrənin - Baş barmaq testi

Təcili yardım həkimi Dr. Co Uvittinqton sosial şəbəkədə paylaşdığı sadə bir testlə gündəmə gəlib. O, bu testin təhlükəli ürək xəstəliklərindən birinin əlamətini üzə çıxardığını bildirib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Yale kardioloqları tərəfindən icad edilən "baş barmaq-ovuc testi"nin aorta problemləri barədə bir çox məlumat əldə etməyə imkan verdiyi iddia olunur.

Testin kollagen çatışmazlığını göstərdiyini ifadə edən Dr. Co Uvittinqton bu vəziyyətin damarları təhlükəli anevrizmalara itələyə biləcəyini bildirib.

"Tədqiqatlar göstərdi ki, aorta anevrizması olan hər kəsin testi müsbət nəticə verməsə də, testi müsbət çıxanların anevrizma riski 98 faizdir", - kaliforniyalı həkim deyib.

Testi etmək üçün əvvəlcə əlinizi açın, ovucunuz üzünüzə tərəf olsun, sonra baş barmağınızı çeçələ barmağınıza doğru uzadın. Baş barmağınız ovucun ortasına çatırsa, bu, yaxşı xəbərdir. Əgər baş barmaq əlinizin kənarına kimi gedib çıxırsa, deməli, kollagen pozğunluğunuz var.

"Sanford Health"də kardioloq işləyən Dr. Məhəmməd Siyad Panvarın sözlərinə görə, testin nəticəsi kollagen çatışmazlığının əlaməti olsa da, bu, mütləq anevrizma olduğunu göstərmir.

"Kollagen çatışmazlığı daha zəif qan damarları deməkdir. Bu, damarların zamanla şişməsinə və yırtılmasına səbəb ola bilər. Bu şərtlər aortanıza təsir göstərə bilər, lakin oynaqlarınız kimi bədənin müxtəlif hissələrində də öz təsirini göstərəcək. Kollagen pozğunluğu olan insanlarda hipermobillik sindromu adlanan vəziyyət müşahidə olunur, onlar daha elastik oynaqlara malikdirlər", - o qeyd edib.

Yale New Haven Xəstəxanasının Anevrizma Mərkəzinin müdiri Dr. Con Elefteriades isə bunları söyləyib:

"Bu o deməkdir ki, həkimlə görüşməlisiniz, çünki risk var. Lakin bu, anevrizmanın tam diaqnozu deyil".

NHS-ə (Britaniyanın Milli Səhiyyə Xidməti) görə, aortası yırtılan hər 10 nəfərdən 8-i xəstəxanaya çatmazdan əvvəl ölür.

CDC-nin (ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri) son məlumatlarına görə isə aorta anevrizması 2019-cu ildə təxminən 9 904 ölümə səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
119
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27382
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26647
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18439
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18155
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14574
Sabah 20 dərəcə isti olacaq
9864
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9231
May ayında Azərbaycana qar yağdı - VİDEO
8928
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8708
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8527
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7367
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7181
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7026
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6670
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
6626
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6558
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6522
Azərbaycan nefti ucuzlaşıb
6145
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6121