AZ

PSJ onun üçün 200 milyon avro hazırlayıb

PSJ “Barselona”nın futbolçusu Lamin Yamalı heyətinə qatmağa hazırlaşır.

“Football-plus.az” xəbər verir ki, Fransa klubu “Barselona”nın yeniyetmə vingeri üçün 200 milyon avro ödəməyə hazırdı. Yamal PSJ-nin yay “transfer pəncərəsi” üçün əsas hədəfləri siyahısındadı. Paytaxt klubunun rəhbərliyi onu yayda komandanı tərk edəcəyi gözlənilən Killian Mbappenin xələfi kimi görür.

“Barselona”nın 16 yaşlı yetirməsi bu mövsüm bütün turnirlərdə 44 matça çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Lamin İspaniya klubuna müqavilə ilə 2026-cı ilin yayına qədər bağlıdı.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq