AZ

“İnanmıram ki, ermənilər Başkəndə görə o kəndləri qaytarsın” - Fuad Çıraqov

"Ərazi mübadiləsi barədə nəsə demək çətindir. Hər halda bu məsələ hərbi-strateji baxımdan dəyərləndirilməlidir. Ümumiyyətlə, anklavların dəyişdirilməsi, verilməsi məsələsi növbəti delimitasiya-demarkasiyanın detallarıdır".

Bunu Bakupost.az -a açıqlamasında politoloq Fuad Çıraqov Başkəndin Ermənistana verilməsiylə bağlı iddialara münasibət bildirərkən deyib.
O, bu məsələlərdə qərarı dövlət rəhbərinin verəcəyini bildirib:

“Bunun necə olacağını heç kim deyə bilməz. Amma ölkə rəhbərliyi bunu sırf milli maraqlar prizmasından həll edəcək. Çünki ortada bir Kərki kəndi var. Yaxud Qazaxda anklav olan kənd Ermənistanın cənub və şimal strateji yollarına nəzarət deməkdir. İnanmıram ki, ermənilər bu kəndləri Başkəndə görə bizə qaytarsınlar. Proses gedir və hələ bu, başlanğıcdır”.


Vasif Əlihüseyn
BakuPost

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla