AZ

İslam İnkişaf Bankı Qrupu və Türkiyə yeni əməkdaşlıq proqramına start verib

Ər-Riyad. Trend:

Türkiyə və İslam İnkişaf Bankı (İİB) Qrupu “Türkiyədə Davamlı vəİnklüziv İnkişafın Dəstəklənməsi” adlı yeni İşəgötürmə Çərçivəsini(CEF) istifadəyə verib.

Trend bu barədə bazar ertəsixəbər verir.

Mərasim Ər-Riyadda İİB Qrupunun sədri Məhəmməd Əl-Cəsser vəTürkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşəkin iştirakı iləkeçirilən illik İİB qrup toplantıları çərçivəsində baş tutub.

CEF İİB Qrupunun missiyasına və yenidən işlənmiş strategiyasınatam uyğun gələn üç illik plandır (2024-2026).

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əksetdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Gülnarə Kərimova)

Seçilən
16
2
Mənbələr
Şərh ()
Bağla