AZ

Övladı qan içində canlı yayım açan Tik-Tok istifadəçisi saxlanılıb - VİDEO

Türkiyənin Bursa şəhərində "Karagül" istifadəçi adı ilə “Tik-Tok”da məşhur olan qadın həbs edilib.

BAKU.WS xəbər verir ki, qadın azyaşlı övladına qarşı yetərli diqqət və qayğı göstərmədiyi və cəmiyyətdə ədəbsizliyi təbliq etməkdə günahlandırılıb.

Qeyd edək ki, qadın canlı yayım açan zaman azyaşlı oğlu başını qapıya vurub və ağır yaralanıb.

Azyaşlı qanlar içərisində çapaladığı vaxt qadın ona əhəmiyyət verməyib və canlı yayımı davam etdirib. O, videoda təcili yardım çağırdığını bildirib. Amma uşağa fikir vermədən videonu çəkməkdə davam etdirib.

Həmin video sonradan böyük etirazlara səbəb olub. Hər kəs qadını qınayıb.

Böyük səs-küyə səbəb olan videonu təqdim edirik:

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla