AZ

Luis Enrike: “Karyeramda belə bir şey gördüyümü xatırlamıram”

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 31-ci turunun autsayder “Havr”la 3:3 hesablı ev oyunu haqda fikirlərini paylaşıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əyləncəli gecəydi, çünki belə az hücum edən rəqib üç qol vurur. Karyeramda belə bir şey gördüyümü xatırlamıram. Yaxşı müdafiə olundular, amma biz qələbəyə layiq idik.

Azarkeşlərimizin nə qədər inanılmaz olduğunu vurğulamaq istərdim. Hesabın 1:2 və ya 1:3 olması fərq etməz, oxumaqdan əl çəkmirlər. Onların münasibəti yoluxucu idi”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, Fransa nəhəngi bu oyunda 0:1 və 1:3 hesabı ilə geridə olduğu məqamlarda geri-dönüş nümayiş etdirib və 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qurtulub.

Bu 1 xal PSJ-yə Fransa çempionluğunu təmin etməyə yetərli olub. Belə ki, yarışın sonuna 3 tur qalmış parislilərin turnir cədvəlində əsas təqibçisi “Monako” Lion səfərində yerli “Olimpik”ə 2:3 hesabı ilə məğlub olub. Bu nəticə isə PSJ-nin çempionluğu üçün kifəyət edib.

Hazırda PSJ 31 oyundann 70 xalla Liqa 1-in zirvəsində yer alıb. “Monako” 58 xalla 2-ci, “Havr” isə 29 xalla 15-ci pillədə qərarlaşıb.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla