AZ

BMTM-də Malayziya parlamentinin nümayəndə heyəti ilə görüş olub

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

BMTM-dən AZƏRTAC-a verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri Fərid Şəfiyev Malayziyanın regional və qlobal səviyyədə artan əhəmiyyəti barədə danışıb. O, Malayziyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman prinsipial mövqe sərgilədiyini və BMT Təhlükəsizlik Şurası, BMT-nin digər institutları, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq platformalarda bu dəstəyi ifadə etdiyini qeyd edib.

F.Şəfiyev qonaqlara regional dinamika, Ermənistanla münasibətlərin hazırkı səviyyəsi, normallaşma prosesi, eləcə də BMTM-in fəaliyyəti barədə məlumat verib.

Öz növbəsində Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal isti qarşılanmaya görə təşəkkürünü ifadə edib. O, regional və qlobal əhəmiyyətli məsələlərin müəyyənləşdirilməsi, habelə xarici siyasət tövsiyələrinin hazırlanmasında BMTM-in rolunun vacibliyini vurğulayıb.

Malayziya Parlament Senatının prezidenti münaqişə səhifəsinin çevrilməsindən sonra regional əməkdaşlıq üçün yaranan imkanları yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Azərbaycanın strateji coğrafi mövqeyini vurğulayan Parlament Senatının prezidenti ölkəmizin orta güc kimi artan roluna diqqət çəkib.

“Malayziyanın hər zaman Azərbaycanla yaxın münasibətləri olub. Hər iki xalq qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər üzərində sıx şəkildə çalışır”, - deyə o bildirib.

Qonaq, həmçinin iki dövlətin beynəlxalq platformalardakı fəal əməkdaşlığına da diqqət çəkib.

Sonda Malayziyadan olan nümayəndə heyətinə Azərbaycanın tarixi, cari regional vəziyyət, enerji və nəqliyyat layihələri barədə qısa təqdimat göstərilib.

Müzakirələr beynəlxalq dinamikaların müxtəlif aspektlərini əhatə edən mövzular üzrə fikir mübadilələri ilə davam etdirilib.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
21463
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17621
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12680
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7799
May ayında Azərbaycana qar yağdı - VİDEO
7608
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6896
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6843
Sabah 20 dərəcə isti olacaq
6246
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5939
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5732
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5577
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5524
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5411
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5237
Bu yol qovşağında təmir işləri aparılacaq
5171
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4801
Azərbaycan nefti ucuzlaşıb
4655
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4641
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4570
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4381