AZ

Adəm İsmayıl Baküvü erməni yalanlarını bu kitabla ifşa etdi

Aprelin 24-də - mənfur qonşularımızın məkrlə uydurduqları qondarma "soyqırım günündə" artıq ölkəmizdə və xaricdə çox istedadlı bir yazıçı kimi tanınmaqda olan Adəm İsmayıl Bakuvi onlara yüksək səviyyədə bir cavab verdi. Bakıda, Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində həmin bu yalan "tarixi günü" uyduranların iç üzünü konkret faktlarla ifşa edən, Sankt-Peterburq şəhərində rus dilində nəşr olunmuş "Məhşərin 17 anı" adlı sənədli, tarixi-bədii kitabının təqdimat mərasimini keçirdi. Təqdimat olduqca maraqlı, yüksək səviyyədə keçdi.

Kitabın təqdimatında bir çox ictimai-siyasi xadimlər, tanınmış şəxslər - jurnalistlər, görkəmli yazıçılar, hökumət nümayəndələri, deputatlar iştirak edirdilər. Bir neçə dövlət və özəl televiziya kanallarının, qəzetlərinin və məşhur saytların nümayəndələri də təqdimatı izləyirdilər.

Çıxış edənlər olduqca vacib, əhəmiyyətli olan bu kitabın çox yüksək bir yazıçılıq səriştəsi ilə qələmə alındığını deyərək, onu artıq bir neçə dildə nəşrə hazırladığı üçün müəllifə təşəkkür etdilər. Hər biri kitabı çox maraqla oxuduqlarını qeyd edərək, əsərin məziyyətlərindən söz açdılar.

Təqdimatı Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu açdı. O, kitabın bugünkü ədəbi prosesimiz üçün çox yüksək bir uğur olduğunu qeyd etdi və dedi ki, belə bir kitab ölkəmizdə və xaricdə böyük tirajla nəşr olunmalı, tədris müəssisələrimizdə paylanmalıdır.

Sonra tanınmış rejissor Bəhram Osmanovun quruluşunda, kitabın mahiyyətinə uyğun 12 dəqiqəlik monoloq-tamaşa göstərildi. Tamaşada kitabdan parçalar səsləndirildi.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla