AZ

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Bakı, 29 aprel, AZƏRTAC

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin səmərəli təşkili istiqamətində fəaliyyət davam etdirilir.

Ombudsman Aparatının Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Preventiv Mexanizm (MPM) fəaliyyətinə dair əldə edilmiş təcrübələrin mübadiləsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə ombudsman Səbinə Əliyevanın dəvəti əsasında TİHEK-in sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər müddətində Azərbaycan ombudsmanının MPM fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksinə baxış təşkil edilib. TİHEK nümayəndə heyəti yeni istifadəyə verilən müəssisənin bütün korpuslarına baxış keçirib, burada yaradılan ümumi şəraitlə, saxlanılan şəxslərin, o cümlədən ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin hüquqlarının müdafiəsi vəziyyəti ilə yaxından tanış olub.

Başçəkmə çərçivəsində, həmçinin Azərbaycan ombudsmanının MPM qismində həyata keçirdiyi fəaliyyət barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, yaxın günlərdə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətinin şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrə MPQ üzvləri ilə birgə səfərləri, habelə bəzi rəsmilərlə görüşləri nəzərdə tutulub.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25814
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
24798
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18095
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14059
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
13620
Sabah 20 dərəcə isti olacaq
9296
May ayında Azərbaycana qar yağdı - VİDEO
8631
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8401
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8253
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7118
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7043
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6955
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6696
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6321
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6280
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6276
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5899
Azərbaycan nefti ucuzlaşıb
5753
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5575