AZ

Sement zavodu məhkəmə qarşısında

"Arkoz Qazax Sement Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib. 

Valyuta.az-ın məlumatına görə, sement zavodu barəsində şikayəti Etibar Ocaqverdiyev Xanlar oğlu edib. 

Etibar Ocaqverdiyev məhkəmədə “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr” üzrə iddia qaldırıb. 

İş Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyevanın icraatındadır. 

Sadiq İsbəndərli

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla