AZ

Milli komandanın keçmiş baş məşqçisi vəfat etdi

Futbol üzrə Ukrayna milli komandasının keçmiş baş məşqçisi Mixail Fomenko 76 yaşında vəfat edib. 2023-cü ilin yayında o, xərçəngdən müalicə olunduğunu açıqlamışdı.

 

Sfera.az bildirir ki, 1993-cü ildə Fomenkonun rəhbərliyi altında "Dinamo" "Barselona"nı məğlub edib. Məhz Mixail Fomenko milli komandanın oyununda ilk dəfə olaraq hazırkı kapitanı, Aleksandr Zinçenkonu meydana çıxarıb.

 

Mixail Fomenko karyerası ərzində digərləri ilə yanaşı, "Zarya" və "Dinamo Kiyev"in rənglərini qoruyub, onlarla birlikdə üç dəfə SSRİ çempionatının, iki dəfə kubokun, 1975-ci ildə isə Kuboklar Kubokunun və UEFA Super Kubokunun qalibi olub.

 

SSRİ yığmasının üzvü kimi Avro-1972-nin gümüş, 1976-cı il Olimpiadasının bürünc mükafatçısı olub.

 

“Dinamo” klubunun saytı Mixail İvanoviçin yaxınlarına başsağlığı verib.


Futbolçu karyerasını başa vurduqdan sonra Kiyev “Dinamo”, “Krivbass”, “Veres”, “Borisfen”, “Metallist”, “Metallurq”, “Tavriya” və bir sıra digər komandalarda məşqçi kimi çalışıb.

 

Fomenkonun əsas məşqçilik mərhələləri arasında komandanın 2013-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmaq üçün ilk pley-off matçıdır. Ev oyununda Ukrayna Fransaya 2:0 hesabı ilə qalib gəlib. (Cavabında ukraynalılar 0:3 hesabı ilə uduzaraq fransızları dünya çempionatına buraxmışdılar). 

 

Təcrübəli azarkeşlər 1993-cü ildə onun rəhbərliyi altında kievlilərin kataloniyalıları məğlub etdiyi “Dinamo” – “Barselona” matçını da yaxşı xatırlayırlar.


Fomenko həm də Ukrayna millisini Avro-2016-nın final mərhələsinə çıxara bilib və bundan sonra məşqçilik fəaliyyətini başa vurub.

 

Qeyd etdiyimiz kimi, məhz onun sayəsində 2015-ci ilin oktyabrında hazırkı komandanın kapitanı Aleksandr Zinçenko millinin heyətində meydana çıxıb. Məşqçi gənc futbolçunun meydana daxil olmasına görə kifayət qədər tənqid olunub. Fomenko Zinçenkonu İspaniya ilə vacib oyunun 88-ci dəqiqəsində meydana buraxıb. Gənc futbolçu komandanın ən gənc debütantları siyahısında üçüncü olub.

 

Aysel

Sfera.az

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla