AZ

İspaniyanın baş naziri Sançes istefa verməyəcəyini bildirib

İspaniyanın baş naziri Pedro Sançes istefa verməyəcəyini açıqlayıb. Televiziyadakı çıxışında o, hökumətin başçısı vəzifəsini "daha böyük səylə" davam etdirəcəyini söylədi.

SİA-nın əldə etdiyi məlumata görə, o, həyat yoldaşına qarşı korrupsiya ittihamlarını...ailəsinə qarayaxma kampaniyası adlandırıb.

Sançesin mümkün istefası məsələsi aprelin 24-də İspaniya məhkəməsinin baş nazirin arvadı Beqona Qomesə qarşı iddianın ilkin araşdırmasına başladığını elan edərkən ortaya çıxıb.

Belə ki, o, korrupsiyada və vəzifəsindən şəxsi maraqların lobbiçiliyi üçün istifadə etməkdə ittiham olunur.

Qomezə qarşı iddianı korrupsiya sxemlərinin ifşası ilə məşğul olan Manos Limpias (Təmiz Əllər) qrupu qaldırıb.

Onun liderinin ifrat sağçı siyasətçilərlə əlaqəsi olduğu güman edilir. Manos Limpias iddia edir ki, Beqona Qomez birinci xanım statusundan kurs öyrətdiyi magistr proqramına sponsorluq etmək üçün istifadə edib.

Qeyd edək ki, Qomez ittihamlara münasibət bildirməyib.

Nazlı

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla