AZ

Qəzzada son 24 saatda 34 fələstinli həlak oldu


İsrailin Qəzza zolağının müxtəlif hissələrini bombalaması və atəşə tutması nəticəsində son 24 saat ərzində ən azı 34 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində 34 fələstinli ölüb, daha 68 fələstinli yaralanıb”, - nazirliyin məlumatında bildirilib.
Nazirlik əlavə edib ki, keçən ilin oktyabrından bəri İsrail təcavüzünün qurbanlarının ümumi sayı 34 488 nəfərə yüksəlib, daha 77 643 nəfər yaralanıb. Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altında qalıb, həkimlər və xilasedicilər onlara çata bilmirlər.
Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla