AZ

Neftçalada ağır yol qəzası: Xəsarət alanlar var

Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Həsənabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “KaMaz” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan rayon sakini, 1994-cü il təvəllüdlü Əzizov Aqşin Namiq oğlu və onun həyat yoldaşı, 2002-ci il təvəllüdlü Əzizova Günel Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
13
Mənbələr
Şərh ()
Bağla