AZ

Rəqəmsal transformasiyada mövcud tendensiyalar və onların milli iqtisadiyyata təsirinə dair tədqiqat aparılır

Rəqəmsal

Bakı, 29 aprel, AZƏRTAC

İdarəetmə Sistemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aygün Əliyevanın həmmüəllifi olduğu “Rəqəmsal transformasiyada mövcud tendensiyalar və onların milli iqtisadiyyata təsiri” (Current trends in digital transformation and their impact on the national economy) adlı məqalə “Scopus” bazasına daxil olan “Scientific Bulletin of Mukachevo State University Series Economics” jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın tənzimlənməsinin əsas istiqamətlərinə həsr edilib. Müasir reallıqda rəqəmsal transformasiya ölkənin iqtisadi inkişafında çox mühüm rol oynayır. Bu, həm elmi-texniki tərəqqinin yüksək tempi, həm də iqtisadi münasibətlər daxilində ümumilik, istehlakçıların üstünlükləri ilə bağlıdır. Beləliklə, rəqəmsallaşmanın beynəlxalq və milli iqtisadiyyatın rifahına təsirinin qiymətləndirilməsi vacib olaraq qalır.

Tədqiqat rəqəmsal transformasiya prinsiplərinin fəal şəkildə həyata keçirildiyi ölkələrdən biri olan Azərbaycanın mövcud vəziyyətini araşdırır. Məqalədə dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda rəqəmsal transformasiya tempinin sürətlənməsinin əsas səbəbinin COVID-19 böhranının başlanğıcı olması kimi qiymətləndirilib.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla