AZ

Harri Keyn: “Real”a bir neçə qol vuracağama ümid edirəm”

“Bayern”in mərkəz hücumçusu Harri Keyn komandasının Bundesliqanın 31-ci turunda “Ayntraxt”a qarşı keçirdiyi oyunu şərh edib.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi doğma meydanda baş tutan bu oyunda 2:1 hesablı qələbəyə sevinib.

Keyn bu oyunda iki qol vurmaqla komandasının qələbəsində əsas pay sahibinə çevrilib.

“Əla oyun oldu, xüsusən də birinci hissədə. Fasilədə hesabın cəmi 1:1 olması ilə azacıq bəxtimiz gətirmədi, çünki bir neçə qol imkanımız vardı. Ümumilikdə çətin oyun oldu. Yaxşı qələbə qazandıq və indi yığdığımız tezliyi qorumaq vacibdir. Ümidvaram ki, çərşənbə axşamı da eyni nəticəni göstərə bilərik”.

İngilis hücumçu UEFA Çempionlar Liqasının yarımfinalında “Real”la qarşıdakı oyundan gözləntilərini də paylaşıb:

“İndi bütün diqqətimizi “Real”la oyuna cəmləyəcəyik. Bu, asan olmayacaq. “Arsenal”la oyunda göstərdiyimiz oyun səviyyəsinə çatmalıyıq, ya da daha yaxşı oynamalıyıq. “Real”ın bu yarışda fantastik komandası və böyük tarixi var. Bu oyunu səbirsizliklə gözləyirəm”, deyə Keyn bildirib.

Harri “Real”la yarımfinal oyununda neçə qol vuracağını da təxmin edib:

“Ümidvaram ki, bir neçə qol vuracağam. Mən yaxşı əhval-ruhiyyədəyəm və əminəm. Komanda yoldaşlarım bütün mövsümdə olduğu kimi mənə kömək etsələr, o zaman əlimdən gələni edəcəyəm”, deyə Keyn inamla bildirib.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla