AZ

“Xiaomi” 7 elektromobil istehsal edəcək? – Rəsmi AÇIQLAMA

“Xiaomi” “SU7” adlı ilk elektrik avtomobili ilə dünyada böyük təsir bağışlamağı bacarıb. Keçən həftə həm daha ucuz, həm də SUV kateqoriyalarından fərqli olan avtomobillərin hazırlandığı bir çox mənbədə idiia edildi.

Avtosfer.az xəbər verir ki, “Xiaomi Motors” bu iddialarla bağlı rəsmi açıqlama verib.

Çində nəşr olunan bəzi hesabatlarda şirkətin qarşıdakı dövrdə 7 elektrik avtomobilini təqdim edəcəyi iddia olunub. “Xiaomi”nin İctimaiyyətlə Əlaqələr Meneceri Wang Hua bu iddiaların doğru olmadığını bildirən məlumat paylaşıb. “Xiaomi”nin sözçüsü verdiyi açıqlamada bu xəbərləri təkzib edib.

İddialarda “SUV” modellərinin ailə istifadəsi üçün uyğun olacağı və Çinli rəqibləri ilə müqayisədə daha ucuz qiymətə satılacağı qeyd edilib. Həmçinin “Xiaomi” “Tesla Model Y” ilə rəqabət aparan yeni elektrik “SUV” üzərində işlədiyi də bildirilib. Lakin “Xiaomi” elektrik məhsul çeşidi və satış cədvəli ilə bağlı bütün bu iddiaları rədd edib.

Qeyd edək ki, şirkət hal-hazırda “Xiaomi SU7” üzərində işlərini davam etdirir.

Məhəbbət Tərlanoğlu

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla