AZ

Çempionlar Liqasının qalibinin bu macərası başa çatdı

Tyaqo Silva mövsümün sonunda "Çelsi"ni tərk edəcək.

Publika.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı braziliyalı 2020-ci ilin avqustundan "mavilər"in heyətində çıxış edir. 151 oyuna çıxdığı "zadəganlar" ilə Silva Çempionlar Liqası, Klublararası Dünya Kuboku və UEFA Super Kubokunun qalibi olub.

Müdafiəçi “Çelsi” azarkeşləri üçün videomüraciət yayımlayıb və bir gün kluba yeni vəzifədə qayıdacağına ümid etdiyini bildirib.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla