AZ

Bayden Netanyahuya Rafaha hücumla bağlı öz mövqeyini ifadə edib

 
"HƏMAS girovları dərhal azad etməli, atəşkəs təmin olunmalı, Qəzza sakinləri humanitar yardımla təmin edilməlidir..."
 
ABŞ prezidenti Co Bayden və İsrail baş naziri Binyamin Netanyahu arasında Qəzzada müharibəyə və bütövlükdə Yaxın Şərqdə vəziyyətlə bağlı telefon söhbəti baş tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri məlumat yayıb.
 
Prezident bu ayın əvvəlində İranın misli görünməyən raket və dron hücumlarının uğurla qarşısının alınmasından sonra İsrailin təhlükəsizliyinə sarsılmaz sədaqətini təsdiq edib.
 
Bayden həmçinin atəşkəsi və Qəzza əhalisinə yardım göstərilməsini təmin etmək üçün HƏMAS-dan yubanmadan girovları azad etməsini tələb edən dünyanın 18 liderinin birgə bəyanatını xatırladıb.
 
Siyasətçilər Rafaha hazırlanan hücumu müzakirə edib, Bayden bu məsələ barəsində öz dəqiq mövqeyini təsdiq edib.
 
Lakin hansı "dəqiq mövqedən" söhbət getdiyi aydın olmur. Ağ Ev əvvəllər bəyan edib ki, Rafaha hücum bu şəhərdən yüz minlərlə dinc sakinin geniş miqyaslı təxliyə edilməsi planını nəzərdə tutmalıdır.
 
Eyni zamanda bəyan edilib ki, ABŞ administrasiyası ümumiyyətlə Rafaha hərbi hücumun əleyhinədir. Beləliklə, Birləşmiş Ştatların bu məsələdə konkfet mövqeyi anlaşılan deyil.
Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla