AZ

Nə istəyirsiz ondan?

«Turan Tovuz»un avrokuboklara getmək fikri əvvəldən olmayıb.
Gəlin, bunu yaddan çıxarmayaq.
Sezonun əvvəlini xatırlayaq, görək, düşərgədən nə demişdilər?
Hafizəm məni yanıltmaz: deyilmişdi ki, builki məqsəd Premyer Liqada qalmaqdır.
Ayxan Abbasov bu tapşırığın öhdəsindən gəlib. Özü də vaxtından xeyli əvvəl.
İki gündür sosial şəbəkələrdə adamın əleyhinə kampaniya aparılır. Nə var ki, «Neftçi»yə uduzublar, Avropaya vəsiqə şansı lap azaldı.
Bu, ona qarşı haqsızlıqdır. Böyük haqsızlıq. Premyer Liqada qalmaq hədəfiilə yola çıxmış komandanı bura gətirib çıxarasan, belə bir iddia əldə edəsən, sonra da səni tənqid nizəsinin ucuna keçirsinlər.
Ayxan Abbasov yaxşı insan və yaxşı mütəxəssisdir. Düz edir, bu söz-söhbətlərə fikir vermir. Yoxsa dəli olar, əli işdən soyuyar.
Nə vaxt deyib ki, «Turan» avrokuboklara getməlidir? Hara gedir, a kişi? Bu müdafiə xətti ilə Biləcəriyə getmək olmaz, qaldı ki Avropa olsun! Bir ovuc futbolçuyla mübarizə aparasan, Premyer Liqada qalasan, bunun özü çətin məsələdir. Aydın Bayramovla, Şəhriyar Əliyevlə, Slavik Alxasovla komanda qurmaq təhlükəlidir. Abbasov o komandanı qura bilib. Lakin heyəti məhduddur, olanların da əksəriyyəti kiçik işlər üçündür.Demək, istəmək asandır. Gündəlik işin içində olmaq başqadır. Bunlar adamı qocaldarlar. Ayxan Abbasov dözür hələ ki.
ELXAN

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq