AZ

Çakırın sözləri gündəm oldu: "Bir uşaqla küçədəki pişiyin heç bir fərqi yoxdur"

Azərbaycanda da böyük maraqla izlənilən "Yaprak Dökümü" serialında Ferhunde obrazı ilə yadda qalan Dəniz Çakır heyvanların uşaqlarla və insanlarla eyni hüquqlara malik olduğunu deyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Hülya Avşarın "Hülya Avşar söhbəti" verilişində qonaq olub və diqqətçəkən açıqlamalar verib. O, Hülyanın "Kameraya baxaraq nə demək istərdiniz?" sualına verdiyi cavabı ilə gündəm yaradıb. Sahibsiz heyvanların yatırılmasından danışan kino ulduzu onların müdafiəsinə qalxıb.

"Aqressiv heyvanlar üçün başqa üsullar tapmaq lazımdır. Küçə heyvanlarının yatırılması ilə bağlı fikirlər səslənir. Birinci məni yatırın, buna razıyam. Mən bunun edildiyi bir yerdə yaşamaq istəmirəm. Bir uşaqla küçədəki pişiyin heç bir fərqi yoxdur", - aktrisa bildirib.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla