AZ

Mina terroru bu dəfə Qazaxda - "Ermənistanın Azərbaycana qarşı müharibəsi davam edir"

Bu gün Qazaxın Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb. Partlayış nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlu ayağından xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, Ermənistan tərəfindən basdırılan minalar son günlər keçmiş təmas xəttinin müxtəlif yerlərində ölüm və yaralanmalara səbəb olub. Ümumilikdə 2020-ci ilin 10 noyabr tarixindən bu yana 350-dən çox Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Minaya düşənlərin 65-i həlak olub, 290-dan çoxu yaralanıb. Həlak olanların əksəriyyəti mülki şəxslərdir.

 

Azərbaycan bir neçə dəfə Ermənistandan mina xəritələrini istəsə də, İrəvan qeyri-dəqiq xəritələr təqdim edir. Rəsmi Bakı bir neçə dəfə beynəlxalq ictimaiyyətdən bunun üçün Ermənistana təzyiq edilməsini istəyib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Qazaxı təmsil edən deputatı, komitə sədri Səməd Seyidov bildirib ki, Ermənistanın Azərbaycana qarşı müharibəsi davam edir:

 

"Ən faciəvi məsələ ondan ibarətdir ki, Ermənistan 30 il ərzində torpaqlarımızı yalnız işğal  etməyib onları dağıdıb, söküb və yerlə bir ediblər. Bu da azmış kimi, ərazilərimizi dünyada misli görülməyən qədər mina ilə çirkləndiriblər. Faktiki müharibə bitib, sülh müqaviləsi haqqında söhbətlər gedir. Ancaq Ermənistanın  Azərbaycana qarşı müharibəsi, sanki, davam edir. Əsgərlərimiz, vətəndaşlarımız, Qarabağı dirçəldən işçilərimiz əziyyət çəkir, həlak olurlar. Bunların hamısı dünyanın gözü qabağında baş verir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Haaqa məhkəməsində öz səsini ucaldır və Ermənistanı bu nöqteyi-nəzərdən də məsuliyyətə cəlb etmək niyyətini ortaya qoyur. Apardığımız siyasəti daha da israrla həyata keçirməyə davam etməliyik. Ermənistan kefindən gəlib danışıqlar masasına oturmayıb. O başa düşüb ki, Azərbaycan hansı gücə malikdir və regionda aparacı dövlət olduğuna görə onun mövqeyi həlledicidir. Yoxsa Ermənistan öz başına gəlib delimitasiya və demarkasiya proseslərində iştirak edərdimi? Quşçu Ayrım, Məzəli kəndlərinin hamısında qarış-qarış gəzmişəm. Biz orada hətta hasar tikmişik. Ona görə hasar tikmişik ki, qonşu kəndlərdən Azərbaycan  vətəndaşlarını, orada yaşayan insanları vurmasınlar. Başqasına quyu qazan indi özü quyuya düşüb. İndi Allaha şükür, Azərbaycan Ordusu elə yüksəklikdədir ki, heç kəs belə addım atmağı ağlına belə gətirmir.  Ancaq  siyasətimiz davam etməlidir. Delimitasiya və demarkasiya prosesləri, artıq gedir. Bu yoldan biz dönməmişik, dönmürük və dönməyəcəyik. Yəni israrla Ermənistanı sülhə məcbur edəcəyik".

S.Seyidov beynəlxalq qüvvələrin məsələyə göz yummasının səbəbindən də danışıb:

 

"Qərbin Azərbaycanın yaratdığı yeni reallıqla razı və xoşbəxt olduğunu düşünənlər varsa, bilsin ki, belə bir şey yoxdur. Onlar görülən işlərə bəh-bəh deyirlər, Azərbaycana zənglər edir, rəhbərliklə danışıb təbriklərini çatdırır və razılıqlarını bildirirlər. Çox gözəl. Ancaq digər yandan Konqresdə Azərbaycana qarşı sanksiyaların qəbul olunmasına rəvac verir, Avropa Parlamentində qətnamələrin qəbul olunmasına yaşıl işıq yandırırlar. Sanki bir əllə dostluq edib, digər yandan əlində balta-bıçaq saxlamaq siyasətini aparırılar. Biz bu məsələləri yaxşı başa düşürük. Belə olmasaydı, biz 30 il ərzində əziyyət çəkdiyimiz zaman, ərazilərimiz işğal altında olanda və əhalimiz qaçqın-məcburi köçkün olanda niyə səslərini qaldırıb, xalqımızı müdafiə edəcəkləri ilə bağlı bir dənə də fikir bildirmirdilər? Niyə bizim xoşbəxt gələcəyimiz haqqında düşünmürdülər? Niyə indi bizim xoşbəxt gələcəyimiz haqqında düşünməyə başlayıblar? Ona görə ki, məcburdurlar. Bundan nəticə çıxarmaq lazımdır. Respublikanın ali rəhbəri, hökumətimiz, ən əsası Azərbaycan xalqı bilir ki, özümüzdən başqa dostumuz yoxdur.  Bizim bir qardaşımız var: Türkiyə və türk dünyası ailəsi. Ancaq qarşılıqlı hörmət əsasında əlaqələrimizi qurmağa hazırıq. Milli maraqlarımızı heç kəsə qurban verməyə isə hazır deyilik".

Seçilən
85
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27705
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26779
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18982
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18160
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14650
Sabah 20 dərəcə isti olacaq
10002
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9565
May ayında Azərbaycana qar yağdı - VİDEO
8953
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8739
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8561
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7429
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7329
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7193
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7062
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6681
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6581
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6557
Azərbaycan nefti ucuzlaşıb
6173
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6147