AZ

Rusiya ordusu Donetskin Semenovka kəndini ələ keçirdi


Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatını davam etdirən Rusiya ordusunun Donetsk Xalq Respublikasının (DHC) Semenovka kəndini nəzarətə götürdüyünü açıqlayıb.

7NEWS.az xəbər verir ki, xüsusi hərbi əməliyyat zonasında irəliləyişini davam etdirən Rusiya ordusu dünən DHC-nin Novobahmutovka kəndini, bu gün isə yenidən DHC-nin Semenovka qəsəbəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, "Mərkəz” hərbi qruplaşması cəbhədəki aktiv fəaliyyət nəticəsində Ukrayna ordusunun 10 əks-hücumunu dəf edərək Semenovka kəndini nəzarətə götürüb. Qarşıdurmalarda 370 Ukrayna əsgəri zərərsizləşdirilib.

7NEWS.az
Seçilən
2
Mənbələr
Şərh ()
Bağla