AZ

Meneceri rəhbərliyə məlumat verdi: Özünüzə məşqçi tapın, o, "Milan"a gedir

“Vest Hem”in baş məşqçisi Xulen Lopeteqinin meneceri London klubuna müştərisinin "Milan"ı keçəcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bildirilir ki, Lopeteqi mövsümün sonunda İtaliya təmsilçisinin çalışdırıcısı Stefano Piolini əvəzləməyə əsas namizədidir. Şayiələrə görə, “rossoneri” ispaniyalıya illik 4 milyon avro maaşla 3 illik müqavilə təklif edib. Lopeteqi "Milan"a rəhbərlik etmək fikrində qətidir.

Klub direktorları hazırda 57 yaşlı mütəxəssislə müqavilə imzalamazdan əvvəl yekun qiymətləndirmələr aparır.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq