AZ

Umud Mirzəyev: “Gənc jurnalistlər Vasif Səmədovu örnək alsınlar”

“İndicə görkəmli jurnalistimiz Vasif Səmədovun ölüm xəbərini aldıq. Çox sarsıldım. Allah rəhmət etsin. Vasif Səmədov 80-ci illərdən Azərbaycan jurnalistikasında öz yeri, dəsti-xətti və izi olan peşəkar bir jurnalistimiz idi. Sözün həqiqi mənasında o, qələm adamı idi. Vasif Səmədov həmişə öz peşəsinə, qələminə nüfuz qazandıran dəyərli şəxsiyyət idi”.
Bu sözləri Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti bu gün Azərbaycanın əməkdar jurnalisti Vasif Səmədovun vəfatı ilə bağlı fikir deyərkən deyib:
“Həyatını illərdir Rusiyada keçirən çoxsaylı adamlar var ki, onlardan fərqli olaraq Vasif Səmədov Bakıda təhsilini başa vurmuşdu. Rusiyanın ən ciddi, ən mötəbər qəzet və jurnallarında fəaliyyət göstərib. O zamanlar Azərbaycan informasiya blokadasında idi. Azərbaycanın beynəlxalq mediaya çxışı yox idi. Vasif Səmədov bu əlaqələrin yaradılmasında misilsiz rol oynamışdır. O, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer”, “Oqonyok” və “Literaturnaya qazeta” kimi məşhur mətbuat  orqanlarında fəaliyyət göstərib”. 
U.Mirzəyev V.Səmədovun BAMF-ı sonuncu dəfə ziyarət etməsini xatırlayıb:
“Vasif Səmədov keçən il Beynəlxalq Avrasiya Mətbuat Fondununun ofisini ziyarət eləmişdi. O, çox istəyirdi ki, biz əməkdaşlıq edək. Onun mənə qarşı münasibəti də fərqli bir münasibət idi. Mən ona bəzən kənardan baxıb görürdüm ki, o uşaq kimi sevinir. Keçirtdiyimiz tədbirlərlə bağlı o həmişə öz sevincini paylaşmağı sevərdi. O bizim gördüyümüz işin dəyərini bilirdi. Deyirdi ki, nasazlığım imkan vermir tez-tez gəlməyə, amma çox istəyirdi ki, əməkdaşlıq etsin. Təəssüf ki, alınmadı. Çox qəribədir ki, bu yaxınlarda ağlımdan keçdi ki, zəng edim Vasifə, amma dedim ki, qoy narahat etməyim.
Son olaraq jurnalist olmaq istəyən gənclərimizə sözüm var: Vasif Səmədov kimi jurnalistləri örnək alsınlar, onun gördüyü işlərə nəzər salsınlar”. 
Xatırladaq ki, Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra, Ukraynada əsgərlik keçirib.
Yazıçı-publisistin həmmüəllif olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi araşdırmalar, aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn mühüm mənbədir.
Vasif Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabına daxil edilib.
Oğuz

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq